12px13px15px17px
Tarix:15/01/14

KOICA Naxçıvan Dövlət Universitetində İKT layihəsinə start verir

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) "Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" layihəsi çərçivəsində koreyalı mütəxəssislərdən ibarət qrupu Azərbaycana ezam edib. Koreyalı mütəxəssislər, həmçinin KOICA-nın Azərbaycan Nümayəndəliyinin rəsmiləri İKT layihəsinə start vermək üçün Naxçıvan Muxtar Respublikasına beşgünlük səfər ediblər. 
 
Mütəxəssislərin ezamiyyətinin məqsədi Naxçıvan Dövlət Universitetinin rəsmiləri ilə gələcək layihənin qrafiki, məzmunu və qarşılıqlı zərurətlərini müzakirə etmək, həmçinin cari iş axını və infrastruktur təhlili ilə Akademik, İnzibati sistemin və Təhsilə dəstək sisteminin əməliyyat statusunun başa düşülməsi yolu ilə layihənin səmərəliliyinin artırmaqdır.
 
Yanvarın 13-də Naxçıvan Dövlət Universitetinin rektoru professor Saleh Məhərrəmov və KOICA-nın Azərbaycan Nümayəndəliyinin Rezident Nümayəndəsi xanım Kim Eun Suk arasında görüş baş tutmuşdur. Müzakirələr zamanı hər iki tərəf layihənin icrası prosesinin sürətləndirilməsi və maksimum nəticənin əldə olunması ilə bağlı istəklərini ifadə etmişdir. Xanım Kim Eun Suk layihənin icrası ilə əlaqədar öz baxışını bölüşərək həm KOICA-nın, həm də NDU-nun öz öhdəliklərini yerinə yetirməli olduğunun vacibliyini qeyd edib. O, NDU tərəfindən İşçi Qruplarının yaradılması və səlahiyyətləndirilməsinin icra prosesini sürətləndirəcəyini söyləmişdir. KOICA nümayəndə heyəti həmçinin avadanlığın təchiz edilməsi də daxil olmaqla, universitetin tələblərinin öyrənilməsini istəyib. Öz növbəsində, professor Saleh Məhərrəmov NDU-nun bütün öhdəlikləri yerinə yetirməyə hazır olduğunu və İşçi Qruplarının fəaliyyətinə şəxsən nəzarət edəcəyini qeyd edib.
 
Elə həmin gün NDU İşçi Qrupları ilə KOICA mütəxəssisləri arasında geniş tərkibli görüş keçirilmişdir. Naxçıvan tərəfinə layihə barədə, NDU tərəfindən müəyyənləşdiriləcək server otağı və KOICA tərəfindən qurulacaq avadanlıq, həmçinin bütövlükdə layihəni təşkil edən sistemlər barədə məlumat verilib və müzakirələr sual-cavab şəklində davam edib.
 
Layihənin Akademik administrasiya, elektron kitabxana, verb portal, multimedia kimi hər bir sistemi ilə bağlı daha təfərrüatlı müzakirələr tərəflər arasında bütün həftə boyunca davam edəcək.
 
"Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" 3,5 milyon ABŞ dollar dəyərində büdcəyə malik 24 aylıq layihə olub idarəçilik işlərində səmərəliliyin artırılması və tələbələr üçün onlayn təhsil xidmətinin göstərilməsi üçün portal, distant təhsil, akademik işlər, elektron kitabxana və s. daxil olan elektron təhsil şəbəkəsinin yaradılmasını, müasir İKT avadanlıqlarının yaradılması ilə rəqəmsal multimedia infrastrukturunun təkmilləşdirilməsini, Koreya texnologiyasının nou-hausu və inkişaf təcrübəsinin bölüşülməsi ilə Azərbaycanda insan resurslarının inkişafına töhfə verilməsi və İKT-nin gücləndirilməsinin təşviq edilməsini nəzərdə tutur.



Baxış sayı: 697

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024