12px13px15px17px
Tarix:15/01/14

AMEA-nın müvafiq institutlarında viki-qruplar təşkil olunacaq

 

AMEA-nın müvafiq institutlarında viki-qruplar təşkil olunacaq .Bu haqda AMEA-nın akademik-katibi, müxbir üzvü, professor Rasim Əliquliyev AMEA Rəyasət Heyətinin bugünkü iclasında bəyan edib.
 

R.Əliquliyev tədbirdə "Wikipedia"da Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin vəzifələri haqqında" təqdimatla çıxış edərək virtual ensiklopediyanın İnternetdə uğurla reallaşdırılan və milli maraqların təmini baxımından mühüm əhəmiyyət kəsb edən nəhəng layihələrdən olduğunu bildirib. AMEA-nın akademik-katibi 2001-ci ildə fəaliyyətə başlayan "Wikipedia"nın biliklərin toplandığı nəhəng baza kimi yüksək reytinq qazandığını qeyd edib. Alim "Wikipedia"da müxtəlif mövzulara aid dinamik yenilənən və getdikcə artan milyonlarla səhifələrin yaradılmasının bu virtual ensikopediyanı dünyada baş verən siyasi, mədəni, iqtisadi və digər prosesləri özündə əks etdirən informasiya müharibəsi meydanına çevirdiyini bildirib.
 

R.Əliquliyev viki-mühitdə Azərbaycan dövləti və xalqına qarşı real və potensial təhlükə mənbəyi olan istifadəçilərin sosial şəbəkələrinin fəaliyyətinə toxunaraq burada Azərbaycan həqiqətlərinin təhrif olunduğunu, ölkəmizə qarşı genişmiqyaslı informasiya müharibəsi aparıldığını söyləyib: "Wikipedia"da Azərbaycan xalqının milli-mədəni dəyərləri, tarixi həqiqətləri, görkəmli şəxsiyyətləri haqqında doğru məlumatlar yetərincə deyil. Bu səbəbdən alim və mütəxəssislərimiz bu layihəyə cəlb olunmalı, Azərbaycan haqqında obyektiv, operativ, dolğun informasiyanın, audio-video materialların ensiklopediyaya daxil edilməsi istiqamətində mühüm işlər aparılmalıdır".
 

Azərbaycanın dünyada daha geniş tanıdılması və təbliği istiqamətində bu resursun böyük potensial imkanlara malik olduğunu söyləyən alim ölkəmizin "Wikipedia"da lazımi səviyyədə təmsil olunmadığını təəssüflə qeyd edərək, bu resursda ölkəmizlə bağlı elmi mövzular, məqalələr və digər məlumatların yetərli sayda olmadığını bildirib. Məruzəçi Azərbaycanın milli maraqlarının qorunması ilə bağlı AMEA-nın qarşısında mühüm vəzifələrin durduğunu qeyd edib: "Azərbaycan əhalisinin artıq 70 faizi İnternet istifadəçisidir. Bu da ölkəmizdə İnternet infrastrukturunun inkişafının, İnternet azadlığının yüksək səviyyədə təmin olunmasının göstəricisidir. Bu nailiyyətlər imkan verir ki, Azərbaycan virtual məkanda, o cümlədən "Wikipedia" kimi nəhəng layihələrdə daha layiqli şəkildə təmsil olunsun, öz milli maraqlarını yüksək səviyyədə qorusun".
 

R.Əliquliyev "Wikipedia"da ölkəmizin milli maraqlarının qorunması üçün zəruri tədbirlərin görülməsi, Azərbaycana qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi, ölkəmizə qarşı aparılan informasiya müharibəsinə qarşı çevik və effektli adekvat tədbirlərin görülməsi, tarixi həqiqətlər, nailiyyətlər və görkəmli şəxsiyyətlər ilə bağlı dolğun məlumatların yerləşdirilməsinin həlli vacib olan məsələlərdən olduğunu bildirib. Alim bu mühitdə toplanan informasiyanı, istifadəçi davranışlarını, baş verən prosesləri, formalaşan münasibətləri, müşahidə edilən tendensiyaları aşkara çıxarmaq, analiz etmək, təsnifatlaşdırmaq üçün elmi araşdırmaların aparılmasının da önəmliyini ifadə edərək AMEA qurumlarının, elmi mərkəzlərin, alim və mütəxəssislərimizin bu layihəyə fəal şəkildə qoşulmasının vacibliyini bildirib. Məruzəçi akademiyanın müvafiq institutlarında "Wikipedia" üzrə xüsusi qrupların yaradılmasının zəruriliyini də qeyd edərək bu məsələnin təşkilinin mövcud problemlərin aradan qaldırılmasında önəmli olduğunu vurğulayıb.
 

Tədbirdə AMEA-nın elmi-müəssisə və təşkilatlarının rəhbərlərinə viki-mühitin Azərbaycanla bağlı zəruri məlumatlarla zənginləşdirilməsi, onların qorunması və inkişafı istiqamətində lazımi tədbirlərin görülməsi tövsiyə olunub. AMEA Rəyasət Heyəti elmi-tədqiqat müəssisələrində viki-qrupların təşkil edilməsinə dair qərar qəbul edib. Bundan əlavə, Wikimetrik araşdırmaların aparılmasının, bu istiqamətdə mövcud olan problemlərin həllinin, elmi konfrans və seminarların təşkilinin vacibliyi qeyd olunub. Viki-mühitdə Azərbaycanla bağlı kontentin vəziyyəti, dezinformasiyalar, informasiya müharibəsi hadisələri və faktları haqqında məlumatları aşkarlamaq, zəruri tədbirlər görmək, həmçinin müntəzəm təhlillər aparmaq məqsədi ilə monitorinqlərin keçirilməsi də tövsiyə olunub. AMEA Mərkəzi Elmi Kitabxanası və "Elm" nəşriyyatına kitabların, jurnalların və digər çap materiallarının elektron resurslarının "Wikipedia" ensiklopediyasına daxil edilməsinə dair göstərişlər verilib.





Baxış sayı: 822

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Yanvar 2019

23 01 2019

23/01/19
Rabitə işçilərinin Respublika Spartakiadasında kəndirdartma üzrə yarışın qalibi məlum olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi,  Rabitə İşçiləri Müstəqil Həmkarlar 

23/01/19
“Xiaomi” şirkətinin prezidenti ilk bükülən smartfon nümayiş etdirib

Çinin “Xiaomi” şirkətinin prezidenti Lin Bin yanvarın 23-də “Weibo” sosial şəbəkəsindəki səhifəsində 

23/01/19
Kripto cüzdanlara müdaxilə edən yeni virus aşkar edilib

"Doktor Veb" şirkətinin mütəxəssisləri tərəfindən kriptovalyuta cüzdanlarından parolları oğurlayan kompüter 

23/01/19
“Google Play” mağazasında saxta “GPS” mobil proqramlar aşkarlanıb

“Eset” antivirus şirkəti “Google Play” mağazasında 50 milyon dəfədən çox yüklənilən 15-ə yaxın 

23/01/19
Yeni “Samsung” smartfonlarına oyunları sürətləndirən texnologiya tətbiq ediləcək

Avropada Cənubi Koreyanın “Samsung” şirkətinin “Neuro Game Booster” adlı texnologiya üçün 

23/01/19
“Apple” 2020-ci ildə LCD displeylərindən imtina edəcək

“Apple” korporasiyası 2020-ci ildən etibarən smartfonlarda LCD (maye kristal) ekranların tətbiqindən 

23/01/19
“iPhone” smartfonu əsasında noutbuk yaradılacaq

“Apple” şirkəti “iPhone” smartfon modeli əsasında noutbukun yaradılması üsulunu təsvir edən 

23/01/19
“Android” sisteminin idarəetməsi altında işləyən ən yüksək məhsuldarlıqlı smartfon məlum olub

“Lenovo Z5 Pro GT” cihazı “Android” sisteminin idarəetməsi altında işləyən ən yüksək məhsuldarlıqlı 

23/01/19
“WhatsApp”ın fəaliyyətində qlobal nasazlıq yaranıb

“WhatsApp” messencerinin istifadəçiləri nasazlıqla üzləşiblər. ICTnews” Elektron Xəbər Xidməti