12px13px15px17px
Tarix:16/01/14

Bu il fevralın 24-də "təhlükəsiz" “Blackphone” smartfonu təqdim ediləcək

“Silent Circle” və “Geeksphone” şirkətləri fevralın 24-də Barselonada keçiriləcək “Mobile World Congress” sərgisində “təhlükəsiz” “Blackphone” smartfonunu təqdim edəcəklər.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “PR Newswire” saytında dərc edilmiş press-relizdə deyilir ki, onların birgə müəssisəsi İsveçrədə yerləşəcək.

Şirkətlər iddia edir ki, “Blackphone” smartfonu “PrivatOS” ilə işləyən “Android” smartfonudur. Aparat sahibin məxfiliyini təmin edərək zəng etmək, məlumat mübadiləsi, faylları saxlamaq və ötürmək kimi imkanlara, videoçatdan istifadəyə icazə verir.

Emil Hüseynov
 



Baxış sayı: 684

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024