12px13px15px17px
Tarix:16/01/14

“HP” iki modellə smartfonlar bazarına qayıdıb


ABŞ-ın "HP" şirkəti inkişaf etməkdə olan ölkələrin istehlakçıları üçün nəzərdə tutulan və "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "HP VoiceTab Slate6" və "HP VoiceTab Slate7" modelləri ilə smartfonlar bazarına qayıdır. Bu barədə şirkətin məlumatında deyilir.

Qurğular müvafiq olaraq 1280×720 və 1280×800 piksel təsvir ölçüsünə malik böyük 6 və 7 düym diaqonallı ekran, ön dinamik, 16 giqabaytlıq quraşdırılmış yaddaş, 5 və 2 meqapikselli iki fotokamera, eləcə də istehsalçısı açıqlanmayan dördünəvil prosessorla təchiz edilib. Hər iki model "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyir, "3G" şəbəkəsini dəstəkləyir, habelə SİM kart üçün iki çıxışa malikdir.

Şirkət "HP VoiceTab Slate6" və "HP VoiceTab Slate7" modellərini istifadəçilərə multimedia xidmətləri və mobil rabitə şəbəkələrinə çıxışa imkan verən səsli zəng funksiyalı planşet kompüter kimi qələmə verir.
"Hazırda istehlakçılar telefon və planşetin funksionallığını bir arada birləşdirən qurğu əldə etməyə çalışırlar. Bu yeni kateqoriya "HP" üçün artım imkanı deməkdir", - şirkətin vitse-prezidenti Ron Koulin bildirib.
Fevralda "HP" qurğularının satışa çıxarılacağı ilk ölkə Hindistan olacaq. Modellərin digər ölkələrin bazarına çıxarılması barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, "HP" 2011-ci ildə özünü smartfonlar bazarında sınayaraq sonradan "LG" şirkətinə satdığı "webOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən bir neçə modellər təqdim edib. Qurğuların satışı həcminin aşağı olması səbəbindən şirkət istehsalı dayandırmaq məcburiyyətində qalıb. Şirkətin baş direktoru Meq Uitmen hələ 2012-ci ilin sentyabrında smartfonlar bazarına qayıtmağın zəruriliyi barədə fikir səsləndirib, - "Digit www.digit.ru" yazır.




Baxış sayı: 369

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Fevral 2020

18/02/20
“Samsung Galaxy S20 Ultra LTE” smartfonu buraxılacaq

“Samsung” şirkəti bir sıra regionlar üçün “Galaxy S20 Ultra LTE” adlı smartfon hazırlayır. Bu barədə şi

18/02/20
Çində məktəblərdə koronavirusun yayılmasına görə onlayn təhsil sisteminə başlanılıb

Çində ay təqvimi üzrə Yeni il bayramı ilə əlaqədar tətildən sonra məktəblərdə dərslər fevralın 17-də başl

18/02/20
“Google” ictimai yerlərdə ödənişsiz “Wi-Fi” layihəsinin fəaliyyətini dayandırır

“Google” şirkəti ictimai yerlərdə ödənişsiz “Wi-Fi” xidmətinin fəaliyyətini dayandırıb. Layihənin bağlan

18/02/20
Britaniya havanın proqnozlaşdırılması üçün superkompüterin alınmasına 1,6 milyard dollar ayırıb

Böyük Britaniya hökuməti müxtəlif hava və iqlim dəyişikliklərinin daha dəqiq proqnozlaşdırılması

18/02/20
“Mastercard” Avropada Kibertəhlükəsizlik Mərkəzi yaradıb

“Mastercard” şirkəti Belçikada yerləşən Avropa mənzil-qərargahı əsasında yeni Kibertəhlükəsizlik Mərkəzi

18/02/20
Yeni nəsil elastik robotlar olduqları yeri toxunuşla müəyyənləşdirəcəklər

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri yeni nəsil elastik robotlara olduqları yeri toxunuşla h

17 02 2020

17/02/20
Mürəkkəb yaraları sağaltmaq üçün “ağıllı” sarğı hazırlanıb

Konnektikut Universitetinin alimləri dərmanların birbaşa yaraya çatdırılması üçün simsiz işləyən

17/02/20
“Apple” növbəti nəsil “iPhone” smartfonlarını öz “5G” antena modulu ilə təchiz etmək niyyətindədir

Çoxsaylı şayiələrə görə, “Apple” cari ildə “Snapdragon X55” modemi əsasında işləyən və beşinci

17/02/20
Süni intellektə hərbi dronların idarə edilməsi öyrədiləcək

ABŞ-ın Buffalo Universitetinin tədqiqatçıları süni intellektə hərbi pilotsuz uçan aparatlar donanmasını i

17/02/20
“Chrome” brauzeri üçün 500-dən çox təhlükəli genişlənmə aşkar edilib

“Chrome” brauzeri üçün “Chrome Web Store”dən milyon dəfələrlə yüklənmiş 500-dən çox genişlə

17/02/20
Yeni bilərzik istifadəçinin ətrafındakı mikrofonların səsini batırır

Çikaqo Universitetinin alimləri istifadəçinin ətrafındakı mikrofonların səsini batıran yeni bilərzik

17/02/20
“Huawei” kommersiya sirlərinin oğurlanmasında ittiham edilir

ABŞ Ədliyyə Nazirliyi Çinin “Huawei” telekommunikasiya şirkətinə qarşı yeni ittihamlar irəli sürüb.

17/02/20
Yeni üztanıma sistemi 1 km-dək məsafəni dəstəkləyir

ABŞ Müdafiə Nazirliyinin sifarişi üzrə hazırlanmış yeni üztanıma sistemi 1 km-dək məsafəni dəstəkləyir

17/02/20
Britaniya “EuroHPC” layihəsini tərk edib

Böyük Britaniya müasir superkompüterlərin yaradılması üzrə “EuroHPC” Panavropa layihəsini tərk edib.

17/02/20
Lazerlər internetin sürətini min dəfə artıracaq

Lids və Nottingem universitetlərinin tədqiqatçıları teraherslik kvant kaskad lazerin idarə olunması sahəs