12px13px15px17px
Tarix:16/01/14

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində vətəndaşların videoqəbulu mexanizmi istifadəyə verilir

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, eləcə də vətəndaşlar arasında daha operativ və səmərəli münasibətlərin qurulması məqsədilə vətəndaşların videoqəbulu mexanizmi istifadəyə verilib.

Bu məqsədlə “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində vətəndaşların qəbulu” daxili qaydalarına müvafiq dəyişikliklər edilib, o cümlədən “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində vətəndaşların videoqəbulu barədə təlimat” təsdiq edilib və zəruri texniki işlər həyata keçirilib.
 
 Komitənin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, QKDK-nın səlahiyyətli şəxsinin qəbulunda olmaq istəyən hər bir vətəndaş, yaşadığı ərazini tərk etmədən artıq komitənin rəsmi internet saytı vasitəsilə müraciət edərək videoəlaqə yarada biləcək:
 
“Ümumilikdə, QKDK-da vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məsələlərinə komitədə uğurla tətbiq edilən strateji planlama çərçivəsində yanaşılır və aidiyyəti struktur bölmələrin illik fəaliyyət planlarında müvafiq tədbirlər nəzərdə tutularaq müntəzəm olaraq həyata keçirilir”. 
 
Həqiqət İSABALAYEVA        



Baxış sayı: 678

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024