12px13px15px17px
Tarix:16/01/14

“ZTE” bu il 60 milyon smartfon satmaq niyyətindədir

Çinin “ZTE” smartfon istehsalçısı bu il dünya üzrə 60 milyon smartfon satmağı planlaşdırır, halbuki şirkətin ötən il satış həcmi bu rəqəmdən iki dəfə az olub. Uzun illərdir mütəxəssislər Çin istehsalçısının səylərini yüksək qiymətləndirirlər, lakin hazırda smartfonlar bazarında rəqabətin güclü olması, “Apple”, “Samsung” və “Google” kimi şirkətlərin liderliyinə görə onlar “ZTE”-nin səsləndirdiyi planların həyata keçirilməsinə şübhə ilə yanaşırlar.

2013-cü ilin yekunları üzrə Çin istehsalçısı bazara 36 milyondan çox smartfon tədarük edib. “IDC” və “Gartner” analitik şirkətlərinin son məlumatlarına görə, digər Çin istehsalçısı “Huawei” şirkəti ilə rəqabət aparan “ZTE” ötən il beş nəhəng smartfon istehsalçısı siyahısında yer ala bilməsə də, mobil rabitə operatorları üçün telekommunikasiya avadanlığı istehsalçıları seqmentində öz mövqeyini möhkəmlədib.

Çində “ZTE” şirkəti həm dünya istehsalçılarından “Samsung Electronics”, “Apple”, “Huawei”, həm də “Lenovo” və “Xiaomi” kimi yerli şirkətlərlə rəqabət aparır,- “Cybersecurity www.cybersecurity.ru” yazır.   





Baxış sayı: 701

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024