12px13px15px17px
Tarix:17/01/14

Şəkər xəstələri üçün “ağıllı” linzalar yaradılıb

"Google" şirkəti "Google Glass"a oxşar yeni məhsul prototipini təqdim edib. Lakin o, kütləvi kommersiya istifadəsi üçün nəzərdə tutulmayıb.
 
"ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, yeni məhsulu internet nəhənginin "Google X" elmi bölməsi icad edib. O kiçik simsiz çip və linzanın yumşaq materialının iki qatı arasında yerləşən balaca sensor köməyi ilə şəkərin səviyyəsini ölçür.  
 
"Google" şirkətinin icadı,  planetimizin hər 19-cu insanının düçar olduğu, şəkər xəstələrinin həyatını yüngülləşdirmək üçün yaradılıb. Hazırda şəkər xəstələri qanda şəkərin səviyyəsini mütəmadi olaraq yoxlamalıdırlar və bunun üçün onlar hər gün barmaqlarından qan götürməli olurlar.
 
"Bu, qıcıqlandırıcı və ağrılı prosedurdur. Nəticədə, bir çox diabetli insanlar qanlarındakı şəkərin səviyyəsini lazım olduğundan daha gec yoxlayırlar", - deyə "Google X" nümayəndələri bildiriblər.
 
Hazırda məhsulun prototipi testləşdirilir və bu cür linzaları istifadə edəcək insanları məlumatlandırmaq üsulu axtarırlar. Linza yaradıcılarının sözlərinə əsasən, hələ ki, texnologiyanın kütləvi istifadəyə verilməsi planlaşdırılmır.
 
"Bu texnologiyanın tətbiqi haqda danışmaq hələ çox tezdir, lakin biz artıq müxtəlif kliniki araşdırmalar aparmışıq . Biz ümid edirik ki, nə vaxtsa bu texnologiya diabetli insanlara yaşamağa kömək edəcək", - şirkət öz bloqunda yazıb.
 
"Google" şirkəti "ağıllı" linzalar üçün əlavələr yaradacaq tərəfdaşlar axtarmaq niyyətindədir.
 
"Biz həmişə demişik ki, tərəddüdlü və əcaib görünən layihələr axtarırıq və belə hesab edirik ki, Diabet Federasiyası dünyanın bu xəstəliklə "mübarizədə məğlubiyyətə uğradığını" bildirirsə, biz bunu dəyişməyə çalışmalıyıq", - layihənin həmyaradıcıları Brayan Otis və Babək Pərviz bu qənaətdədirlər.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 439

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Fevral 2020

28/02/20
“HTC” şirkəti yeni ucuz “Wildfire R70” smartfonunu təqdim edib

“HTC” şirkəti “Wildfire R70” smartfonunu təqdim edib.

28/02/20
“Google”un ikimərhələli autentifikasiyasını keçən virus aşkar edilib

“ThreatFabric” kibermüdafiə şirkətinin mütəxəssisləri “Cerberus” bank troyanının yeni versiyasının yayılm

28/02/20
Yeni robot gözdən əlillərə bələdçilik edəcək

“IBM” şirkətinin Yaponiya bölməsi görmə qabiliyyətini itirən insanların hərəkət etməsini asanlaşdıracaq r

28/02/20
Aİ-də vahid sifətin tanınması sistemi yaradılacaq

Avropa İttifaqının hüquq-mühafizə orqanları bütün təşkilat ölkələrini əhatə edən milli polis məlumat baza

27 02 2020

27/02/20
“Samsung” məlumatların mühafizəsi üçün yeni çip təqdim edib

Müasir smartfonların qarşısında ciddi təhlükəsizlik tələbləri qoyulur. Bir çox qurğular məxfi informasiy

27/02/20
Dünyada ən çox yüklənən proqram hansıdır?

“Facebook” şirkətinə məxsus “WhatsApp” messenceri artıq dünyada ən çox yüklənən proqram deyil. “S

27/02/20
“MWC 2020” sərgisinin ən yaxşı smartfonu açıqlanıb

“Mobile World Congress 2020” sərgisinin təşkilatçıları "Ən yaxşı smartfon" nominasiyasında qalibi elan e

27/02/20
“Huawei P40 Lite” smartfonu təqdim edilib

Çinin “Huawei” şirkəti “P40” və “P40 Pro” qabaqcıl smartfonlarının təqdimatından bir ay əvvəl bu istehsal x

27/02/20
Dünyanın ən güclü smartfonunun xüsusiyyətləri açıqlanıb

“Xiaomi Black Shark 3” oyun smartfonu ən sürətli reaksiyaya malik ekranla təchiz ediləcək. Bu barədə Çini

27/02/20
“LG V60 ThinQ 5G” smartfonu təqdim edilib

“MWC 2020” sərgisini buraxmalı olan “LG” şirkəti “LG V60 ThinQ 5G” adlı qabaqcıl smartfonunu Cənubi Ko

27/02/20
“Samsung” smartfonlar üçün rekord tutumlu operativ yaddaşın istehsalına başlayıb

“Samsung” şirkəti 16 giqabayt tutumlu “LPDDR5” yaddaş çiplərinin kütləvi istehsalına başlayıb.

27/02/20
“SpaceX” şirkətinə Marsa uçacaq kosmik gəminin hazırlanması üçün obyektin inşasına icazə verilib

“SpaceX” özəl aerokosmik şirkətinə “Starship” planetlərarası kosmik gəmisinin yaradılması üzrə layihənin

27/02/20
“Nokia” növbəti əfsanəvi telefonun yenilənmiş versiyasını buraxacaq

“Nokia” şirkəti növbəti əfsanəvi telefonun yenilənmiş versiyasını buraxmaq niyyətindədir. Bu barədə Finla