12px13px15px17px
Tarix:21/01/14

“Microsoft” süni intellekt sisteminə malik lift nümayiş etdirib

"Microsoft" korporasiyasının "Microsoft Research" tədqiqat bölməsi süni intellekt sisteminə malik lift hazırlayıb. "Microsoft Research" bölməsinin rəhbəri Piter Li "Bloomberg TV" telekanalına müsahibəsində deyib ki, sözügedən lift insanı neçənci mərtəbəyə aparacağını təxmin edir.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, onun sözlərinə görə, "ağıllı" lift istifadəçinin hərəkətləri haqqında məlumatlara əsaslanaraq təxmin edə bilir. Bu məlumatları o, datçiklər dəstinin köməyi ilə toplayır.
 
Piter Li liftə məhz hansı datçiklərin quraşdırıldığını dəqiqləşdirməyib, ancaq "Bloomberg TV" telekanalında görüntülənən videosüjetdən belə nəticə çıxartmaq olar ki, datçiklər sisteminə, həmçinin videokamera daxildir. Onlar həm kabinada, həm də binanın mərtəbələrində lift qapılarının qarşısında quraşdırılıb.
 
Lift, ehtimal ki, həmçinin nitq analizatoruna malik mikrofonlarla təchiz edilib. Məsələn, əgər istifadəçi həmkarı ilə ikinci mərtəbədə nahar etmək istədiyini ucadan desə, o zaman növbəti gün nahar zamanı ofisi tərk etdikdə lift onu lazımi mərtəbəyə çatdıracaq.
 
"Microsoft Research" bu həllin tətbiqi üzrə planları  bölüşməyib, lakin deyib ki, süni intellekt bölmənin əsas istiqamətlərindən biridir.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 757

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024