12px13px15px17px
Tarix:21/01/14

Rabitəçi idmançılar növbəti dəfə uğur qazanıblar


“Rabitə” idman klubunun gənclərdən ibarət boksçuları 9-13 yanvar tarixlərində respublikanın idman klublarının və müəssisələrinin iştirakı ilə Bakı şəhərində keçirilən respublika birinciliyində uğurla çıxış ediblər.
 
Adıçəkilən klubdan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, idmançılar 9 medal (4 qızıl, 2 gümüş, 3 bürünc) əldə ediblər. Belə ki, Elşən Abbasov (49 kq), Məsud Yusifzadə (52 kq), Roman Zakirov (69 kq), Şamil Əliyev (75 kq) I yeri tutaraq qızıl medala, İsmayıl Hüseynov (64 kq, Cəlilabad filialı), Araz Sultanzadə (81 kq) II yerə layiq görülərək gümüş medala sahib olublar.  III yer üzrə isə Elməddin İsmayılov (56 kq), Turan Həsənli (64 kq) və Murad Abbasov (91 kq) uğur qazanaraq bürünc medalla mükafatlandırılıblar.
 
CAHANGİR



Baxış sayı: 688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024