12px13px15px17px
Tarix:21/01/14

“Android” əsasında işləyən smartfonlar üçün yeni Azərbaycan əlifbasını dəstəkləyən klaviatura təqdim edilib

“Google Play” xidmətində “Android” əsasında işləyən smartfonlar üçün yeni Azərbaycan əlifbasını dəstəkləyən  klaviatura təqdim edilib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Bizim Keyboard PRO” adlanan yeni klaviatura  müxtəlif dillərdə sürətli yazmağı sevənlər üçün yaradılmış klaviaturadır.

“Bizim Keyboard” klaviatura ilə istifadəçi mətn prediksiyası üçün hazır sözlüklərdən istifadə edə və ya öz sözlüyünü yarada bilər. Klaviaturaya bir neçə mövzu daxildir (qara, ağ, iPhone, HTC və s.).
Klaviaturada, demək olar, bütün dillər, xüsusilə də Azərbaycan dili üçün 7 düzüm və rus dili üçün 4 düzüm vardır. Buraya həmçinin Azərbaycanın ilk dəfə olaraq yeni təsdiq olunmuş “PÜŞUD” düzümü də daxildir.
“Bizim Keyboard PRO” klaviaturasını aktiv etmək üçün telefon düzəlişlərində "Dil və Klaviaturalar" ("Language & Keyboards") bölümünə daxil olaraq "Bizim Keyboard PRO" seçmək tələb olunur.

Sonra hər hansı textboxda mətn yerinə basıb saxlayıb, "Input method" basın və siyahıdan "Bizim Keyboard PRO" seçin. Proqramın düzəlişlərinə daxil olmaq üçün "123" düyməsini basıb saxlamaq lazımdır.
Klaviatura "Bizim Keyboard PRO" klaviaturasının pulsuz variantıdır. “Trial” versiyada “PRO” versiyadan fərqli olaraq gündə bir neçə dəfə bezdirici popup pəncərə istifadəçinin qarşısına çıxır.
 
Aynur Vəliyeva



Baxış sayı: 1100

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024