12px13px15px17px
Tarix:21/01/14

“Flexi Credi” lizinq şirkəti “MilliÖN” ödəniş sisteminə qoşulub


“MilliÖN” ödəniş sisteminə ilk dəfə olaraq “Flexi Credi” lizinq şirkəti qoşulub.
 
“MilliÖN”-dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, şirkətlər birgə əməkdaşlıq əsasında,  gündən-günə artan və hazırda sayı 1600 ədəd təşkil edən terminallar şəbəkəsi vasitəsilə, əhaliyə lizinq ödənişlərinin həyata keçirilməsi üzrə xidmətlər göstərirlər.
 

 Lizinq ödənişini həyata keçirmək üçün müştəri “Bank xidmətləri” düyməsini, sonra isə “Flexi Credi” düyməsini basmalıdır. Bundan sonra, ödəyici şəxsiyyət vəsiqəsinin PİN-kodunu müvafiq formaya daxil edərək, məbləği ödəyərək, çek almalıdır. Pul vəsaitlərinin köçürülməsi real vaxt rejimində həyata keçirilir. Ödəniş üçün komissiya tutulmur.
 
Qeyd edək ki, “MilliÖN”-ün əsas məqsədi ani, asan və keyfiyyətli ödəniş xidmətlərini əhaliyə göstərməkdir. “MilliÖN” vasitəsilə vətəndaşlar mobil və stasionar telefonlar, internet, kabel televiziyası, bank kreditləri üzrə ödənişləri həyata keçirə bilərlər.
 
Hazırda “MilliÖN” şəbəkəsinə 75-dən çox kütləvi xidmət müəssisəsi qoşulub. “MilliÖN” ödəniş kioskları ticarət və iş mərkəzlərində, metro stansiyalarında, supermarketlərdə, banklarda, hava limanlarında və s. yerləşdirilib.
 
Aynur Vəliyeva



Baxış sayı: 1128

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024