12px13px15px17px
Tarix:22/01/14

Ən sürətlə inkişaf edən sosial şəbəkə hansıdır?

“Global Web Index” statistikasına istinad edən “TechCrunch” nəşri yazır ki, “Instagram” fotoxidməti ən sürətlə inkişaf edən sosial şəbəkə olub. 2013-cü ilin iki son rübündə “Instagram”ın aktiv istifadəçilərinin sayı 23% artıb.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, ikinci yerdə “Reddit” saytı qərarlaşıb. “Reddit” eyni müddətdə aktiv auditoriyasını 13% artırıb.
 
Başqa sosial şəbəkələrdə cüzi artım qeydə alınıb. Belə ki, “Pinterest” şəbəkəsinin və “Quora” sual və cavablar saytının aktiv istifadəçilərinin sayı 6% artıb. “Twitter” mikrobloqlar xidmətində bu göstərici təxminən 2% olub.
 
“YouTube”, “Facebook”, "VKontakte" və "Odnoklassniki" mənfi dinamika göstərib. 2013-cü ilin ikinci yarısında hər bir sosial şəbəkə orta hesabla aktiv istifadəçilərinin 3%-ni itirib. Statistika 32 ölkədə yaşayan 170 min internet istifadəçisi arasında keçirilmiş sorğu nəticəsində “Global Web Index” tərəfindən toplanılıb.
Emil Hüseynov



Baxış sayı: 383

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 May 2024

02 05 2024