12px13px15px17px
Tarix:22/01/14

“İnstaqram”da pozitiv gəncliyi əks etdirən “Gəncliyini Göstər” video müsabiqəsi başlayır

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Aztagram” layihəsi Gənclər Günü münasibəti ilə “Gəncliyini göstər” şüarı altında birgə müsabiqə elan edir. Müsabiqədə iştirak etmək üçün gənclər “İnstaqram”da öz gəncliklərini əks etdirən videonu çəkib paylaşmalıdırlar. 1 fevral saat 23:59-dək davam edəcək müsabiqədə paylaşılan videolar daha çox pozitiv gəncliyi əks etdirməlidir. Müsabiqədə iştirak etmək üçün digər şərtlər də var.
 
Belə ki, iştirakçılar “İnstaqram”da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının rəsmi “İnstaqram” səhifəsini (http://instagram.com/atgti_asyou) izləməlidirlər. Videonun yarışa qatılması üçün “#ATGTİ”, “#Aztagram” və “#GencliyiniGoster” həştəqləri mütləq istifadə olunmalıdır. Həmçinin iştirakçıların videolarının görünməsi üçün profilləri mütləq açıq olmalıdır. Saxta səslər toplayan iştirakçılar müsabiqədən kənarlaşdırılacaqlar. ATGTİ-dən verilən məlumata görə, ən çox bəyənilən (“like” toplayan) video qalib olacaq. Qalib iştirakçı planşet ilə mükafatlandırılacaq.
 
 
Qeyd edək ki, “Aztagram” (Instagram Azerbaijan) layihəsi foto-sosial şəbəkədən istifadə edən azərbaycanlıları bir yerdə cəmləşdirmək, eləcə də onların çəkdiyi şəkilləri bir yerə yığaraq, digər insanlara təqdim etmək məqsədilə yaradılıb.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 981

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024