12px13px15px17px
Tarix:22/01/14

Argentina internet ticarətini məhdudlaşdırır

Bu gün Argentina ölkədə onlayn-şoppinqə yeni məhdudiyyətlərin qoyulmasını elan edib. “ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, yeni cəhdlər Argentina pesosunun məzənnəsini qoruyub saxlamaq üçün görülən tədbirlərin bir hissəsidir, çünki yerli əhali dollarla hesablaşmalara daha çox üstünlük verir.
 

Yeni qaydalara uyğun olaraq beynəlxalq dükanlarda bütün alıcılar xüsusi bəyannamə imzalamalıdırlar və malların onları gözlədiyi gömrükdə təqdim etməlidirlər. Bu prosedur internet dükanında hər yeni alınan mal üçün təkrar olunmalıdır. Hakimiyyət boynuna alır ki, bu cür məhdudiyyətlər süni xarakter daşıyır, lakin onlar ölkədə dolların məzənnəsinin artmasının və son il ərzində qiyməti 30% azalan, yerli valyutanın məzənnəsinin düşməsinin  qarşısını almaq üçün nəzərdə tutulub.
 
Argentina prezidenti Kristina Fernandez de Kirşnerin hökuməti xarici valyuta ilə tranzaksiyaların məhdudlaşdırılması üçün bir sıra tədbirlər təqdim edib. Bu tədbirlərə əsasən, “Amazon” və “eBay” kimi dükanlardan mal alanlar artıq onları evlərinə ala bilmirlər, bunun üçün alıcılar yerli gömrüyə yaxınlaşmalıdırlar və orada Argentina pesosu ilə hesablaşmalıdırlar. Bundan başqa, malın dəyəri 25 dollardan artıq deyilsə, ondan import üçün vergi götürülmür, halbuki bu məbləğdən yuxarı dəyərdə olan malların qiymətindən 50% həcmində vergi ödənilməlidir.

İqtisadçılar deyirlər ki, bu cür tədbirlər Argentinada beynəlxalq internet ticarətini kökündən kəsə bilər, qlobal şəkildə isə bu heç də ölkənin iqtisadiyyatını xilas etməyəcək. Ölkə hakimiyyəti bir müddət bundan öncə yerli valyutanın məzənnəsinin və iqtisadiyyatın stabilləşdirilməsi üzrə tədbirlər görüblər, lakin onlar gözlənilən effekti əldə edə bilməyiblər, nəticə olaraq Argentinanın valyuta rezervləri 30 milyard dollardan aşağı səviyyəyə düşüb, bu da son 8 il ərzində ən aşağı səviyyədir.

Aynur Vəliyeva
 



Baxış sayı: 661

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024