12px13px15px17px
Tarix:22/01/14

Azərbaycan internetə çıxış üzrə yaradılan məhdudiyyətlərlə bağlı reytinqə daxil olmayıb

"The Boston Consulting Group" şirkəti vətəndaşların və biznes qurumlarının internet iqtisadiyyatına çıxışlarında məhdudiyyətlərlə bağlı "Greasing the Wheels of the Internet Economy" hesabatını hazırlayıb.

"ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, hesabatda araşdırmaların nəticələrinə əsasən ölkələrin "elektron əngəllər indeksi"nə görə reytinqi hazırlanıb. Bu göstərici istehlakçılara, biznesə və digərlərinə milli və beynəlxalq internet iqtisadiyyatında iştirak etməyə tam imkanın olmamasını bildirir.






 







































Əngəllər dörd qrupa birləşdirilib: internetə əsas çıxışı məhdudlaşdıran infrastruktur əngəllər; sahə üzrə əngəllər, hansı ki, internetdə biznesin inkişafına maneə törədir; individual əngəllər, bu  istifadəçilərin onlayn-aktivliyə hazır olmamasının göstəricisidir və onlayn kontentin çatışmazlığının və əlçatmazlığının göstəricisi olan informasiya əngəlləri.


















































"Elektron əngəllər"in ən az təsadüf etdiyi ölkələr sırasında İsveç, Finlandiya və Danimarka göstərilib. Onların ardınca İsveçrə, Honkonq və ABŞ gəlir. İnternet iqtisadiyyatının inkişafına ən çox əngəllər yaradan ölkələr Nigeriya və Pakistandır. Azərbaycana qonşu ölkələr Rusiya, Ukrayna, Qazaxıstan, Türkiyə müxtəlif göstəricilərlə bu reytinqə daxil olublar. Azərbaycan qeyd edilən reytinqə daxil edilməyib.

Aynur Vəliyeva
 
 
 
 



Baxış sayı: 861

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024