12px13px15px17px
Tarix:23/01/14

Neft-qaz toplanma zonalarının geodinamik üsulla proqnozlaşdırılması üçün alqoritm və proqram hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu Yevlax və Mingəçevir rayonlarında neft axtarışındadır. Bu ərazilərdən keçən Acınohur dağ silsiləsi ötən əsrin 40-60-cı illərində aparılmış geoloji tədqiqatlar nəticəsində perspektivli neft-qaz rayonu kimi qiymətləndirilib.
 
Həmin vaxt elmi nəzəri məlumatlar əsasında bu geoloji zolaqda kəşfiyyat quyuları qazılmış, lakin elmi texnologiyanın kasadlığı səbəbindən axtarışlar lazımi mərhələyə çatdırılmayıb. Hazırda neft-qaz toplanma zonalarının geodinamik üsulla proqnozlaşdırılması üçün alqoritm və proqramların nəzəri əsasları hazırlanır.
 
Bu barədə AMEA Geologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, işlər institutun Geodinamika və seysmologiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun qrant dəstəyi ilə həyata keçirilir.
 
 
Şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirovun sözlərinə görə, tədqiqatlar yeni axtarış üsulu olan kəşfiyyat geodinamikası əsasında aparılır. Burada müasir geodinamik hərəkətlər, geofiziki, radiokimyəvi və istilik sahələri, deformasiya prosesləri, həmçinin flüid dinamikasının fəza-zaman dəyişmələri barədə əldə edilən informasiya neft və qaz yataqlarının axtarışı və kəşfiyyatında istifadə olunur. Bu tədqiqat üsulları ilə hazırda yerin təkində geodinamik proseslərdə anomaliyalar izlənilir.
 
 
Anomaliyaların aşkarlanması üçün Acınohur dağ silsiləsinə yaxın zonalarda, o cümlədən Şəkidə də tədqiqatlar həyata keçiriləcək. Neft yataqlarının axtarışı məhz anomaliyaların müşahidəsi əsasında mümkün olacaq. İkiillik layihənin icrasına 2013-cü ilin oktyabrında başlanılıb.
 



Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 1021

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024