12px13px15px17px
Tarix:23/01/14

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 13 adda elektron xidmətin göstərilməsinə başlanılıb

 “Standartlaşdırma üzrə 2013-cü il üçün İşlər Planı”na müvafiq olaraq informasiya-kommunikasiya texnologiyaları, ekologiya, qida məhsulları, nəqliyyat, keyfiyyətin idarə olunması, torpaqların qiymətləndirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyi və tikinti materialları sahələri üzrə standartlar qəbul edilib.
 
 
Ümumilikdə ötən il Azərbaycan Respublikasında 62 yeni dövlət standartı təsdiqlənib. Bu barədə məlumat verən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) bildirilib ki, 2013-cü ildə qurum tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq olunub və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib:
 
 
“Beləliklə, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"nda Komitəyə aid edilmiş 13 adda elektron xidmətin göstərilməsinə başlanılıb. Elektron xidmətlər “Elektron hökumət” portalına (www.e-gov.az) inteqrasiya olunub. Komitənin elektron xidmətlərinin 3-ü akkreditasiya, 6-sı patent, 2-si standartlaşdırma, 1-i metrologiya sahələrinə, 1-i isə cərimələrin onlayn ödənişinə aiddir”.
 
Belə ki, artıq sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər laboratoriyaların və sertifikatlaşdırma orqanlarının akkreditasiyası, həmçinin sənaye mülkiyyəti obyektlərinin mühafizəsi ilə bağlı işləri, ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatların alınması və s. ilə bağlı müraciət və sənədləri elektron formada - Komitənin elektron xidmətlər sisteminə (http://www.e-xidmet.azstand.gov.az) daxil olmaqla göndərə, həmçinin dövlət rüsumlarını, inzibati cərimələri real vaxt rejimində onlayn ödəyə bilərlər. Eyni zamanda Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən ötən il mal, məhsul və xidmətlərə 8250 adda uyğunluq sertifikatı verilmişdir.
 
Sertifikatlar barədə məlumatlar Dövlət Reyestrinə daxil edilib. Həmçinin 2013-cü il ərzində Komitə yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən 12 sertifikatlaşdırma orqanının fəaliyyəti razılaşdırılıb, 71 laboratoriya qeydiyyata alınıb. 2013-cü ildə Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) maddi-texniki bazasının təkmilləşdirilməsi məqsədilə işlər də davam etdirilib. Keyfiyyət infrastrukturunun tərkib hissəsi sayılan sınaq və kalibrləmə laboratoriyalarının təkmilləşdirilməsi, müasir avadanlıqlarla təchizatı və həmin laboratoriyalarda çalışan mütəxəssislərin ixtisaslarının artırılması həyata keçirilib. Sumqayıt şəhərində yeni tikilmiş Neft və neft məhsullarının sınaq laboratoriyası fəaliyyətini genişləndirib:
 
 
“2013-cü ildə nüfuzlu Almaniya Akkreditasiya Qurumu (DakkS) tərəfindən akkreditasiya olunmuş Komitənin “AzTEST” Yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyasında qurulmuş infrastruktur, tətbiq edilən müasir sınaq avadanlıqları, səriştəli kadr potensialı və sınaqların düzgün metodlarla aparılması xüsusi qiymətləndirilib. Beləliklə, nüfuzlu Almaniya Akkreditasiya Qurumu tərəfindən Azərbaycan Respublikasında qurulmuş müasir sınaq laboratoriyasının akkreditasiyası ölkə sahibkarlığının inkişafı istiqamətində qazanılmış növbəti müvəffəqiyyət kimi qiymətləndirilməkdədir”.
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 953

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024