12px13px15px17px
Tarix:27/01/14

Hakerlər İsrail Müdafiə Nazirliyinin kompüter şəbəkəsinə müdaxilə edib

Naməlum hakerlər İsrail Müdafiə Nazirliyinin kompüter şəbəkəsinə müdaxilə etməklə fişinq hücumu həyata keçirib və Ümumi Təhlükəsizlik Xidmətindən (ŞABAK) təcili məlumatı imitasiya edən məktub vasitəsilə ölkənin bir sıra kompüterlərini yoluxdurub. Bu barədə İsrailin kibertəhlükəsizlikdə ixtisaslaşan “Seculert” şirkəti məlumat verib.

Şirkətin texniki direktoru Aviv Raffın sözlərinə görə, yanvarda hakerlər 15 kompüter üzərində müvəqqəti nəzarətə nail olublar. Həmin kompüterlərdən biri Fələstin ərazisini izləyən İsrail Mülki Administrasiyasına məxsus olub. “Seculert”  nümayəndəsi Müdafiə Nazirliyinin şəbəkəsinə haker hücumunun arxasında Fələstin hakerlərinin durduğunu ehtimal etdiyini qeyd edib.

“Seculert”in məlumatına görə, şəbəkəyə müdaxilə üçün “Shabakreport@gmail.com” ünvanından dövlət xidməti əməkdaşlarının elektron poçtlarına göndərilən “Xtreme RAT” zərərli proqramından istifadə edilib.
 
Kompüter hücumu üçün ABŞ-da yerləşən serverlərdən istifadə olunub, lakin ekspertlərin fikrincə, hücum Fələstin hakerləri tərəfindən həyata keçirilib.

Müdaxilə aşkar edilməmişdən əvvəl hakerlər tərəfindən vurulan ziyanın məbləği hazırda məlum deyil. “Seculert” hücumu aşkar edən kimi müvafiq qurumları bu barədə xəbərdar edib.

Qeyd edək ki, bu haker hücumunun aşkar edilməsi yanvarın 26-da İsraildə işinə başlamış kompüter təhlükəsizliyi üzrə beynəlxalq konfrans zamanı məlum olub, - "Cybersecurity www.cybersecurity.ru” yazır. 



Baxış sayı: 985

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024