12px13px15px17px
Tarix:05/02/14

“TASİM” Türkiyədə təqdim olunacaq

Azərbaycanın həyata keçirdiyi "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)" layihəsi haqqında Türkiyə ictimaiyyətinə geniş məlumat veriləcək.
 
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə "TASİM" işçi qrupunun rəhbəri Zaur Həsənov məlumat verib.
 
Z.Həsənov bildirib ki, bu ilin aprel ayında Türkiyənin İstanbul şəhərində "Caspian Telekom" sərgi-konfransı keçiriləcək. Bu konfrans çərçivəsində "TASİM"-lə bağlı çıxışlar ediləcək: "Sərgi-konfransın aprelin 24-25-də reallaşdırılması nəzərdə tutulub. Tədbirdə "TASİM"-in, sərhədlərarası "PPP model" kimi, dünya ictimaiyyətinə növbəti təqdimatı keçiriləcək. Layihənin məqsədləri haqqında geniş məlumat veriləcək".
 
 
"TASİM" Katibliyi həmçinin layihənin təşviqində səylərini davam etdirir və layihəyə yeni maraqlı tərəflərin cəlb edilməsinə xüsusi diqqət yetirir. Belə ki, artıq Avropa İttifaqı, Türkiyə, Rusiya, Ukrayna, habelə BMT Katibliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)  və Mərkəzi Asiya və Azərbaycan üzrə xüsusi Proqram (SPECA) qurumları ilə əlaqələr qurulub.  
 
"TASİM" layihəsi regionda açıq informasiya cəmiyyətinin yaradılmasına, bağlantının sürətləndirilməsinə  və internet xidmətlərinin inkişafına kömək edəcəkdir. Bununla da iqtisadi inkişafa, iqtisadiyyatların diversifikasiyasına və rəqabətin artırılmasına nail olunacaqdır.
 
Qeyd edək ki, "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)" layihəsi vacib regional təşəbbüsdür və onun məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyanı əhatə edəcək.
 
Seymur Qasımbəyli



Baxış sayı: 666

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024