12px13px15px17px
Tarix:27/01/14

Planşetlər bazarında azalma gözlənilir

"Digitimes Research" analitik şirkətinin ekspertlərinin proqnozuna görə,  2014-cü ilin birinci rübündə qlobal bazara ümumilikdə 62,1 milyondan çox planşet tədarük ediləcək ki, bu da ötən ilin son rübü ilə müqayisədə 20,8% aşağıdır. Eyni zamanda proqnoza əsasən, illik hesablama üzrə dinamika müsbət olacaq.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, cari rüb ümumi tədarük həcminin 29%-i "iPad" planşetinin payına düşəcək.
 
Əməliyyat sistemləri (ƏS) nöqteyi-nəzərindən "Android" mobil ƏS-i ilə işləyən modellər üçün lider olaraq qalacaq: onların payı 50,5% təşkil edəcək. İkinci yerdə "iOS" platforması ilə işləyən qurğular (44.1%) qərarlaşıb. "Windows" ilə işləyən planşetlərin bazar payı 5,4% səviyyəsində gözlənilir.
 
Form-faktorlar üzrə 7 və 7.9 düym diaqonallı ekranla təchiz edilmiş modellər üstünlük təşkil edir. "Digitimes Research"in proqnozuna görə onların payı müvafiq olaraq 24,8% və 20,2% təşkil edəcək.
 
Brend şirkətlər arasında qüvvələr nisbəti aşağıdakı kimi olacaq: "Apple" (29%), "Samsung Electronics" (23,1%), "Lenovo" (4,7%), "Asustek Computer" (2,7%), "Amazon" (1%), "Acer" (1%), "Microsoft" (0,9%), "Dell" (0,8%) ,"Google" (0,5%) və "Hewlett-Packard" (0,5%).
 
Həmçinin bildirilib ki, firma planşetlərinin 55,1%-i və ya 22,5 milyon ədədi Tayvanın ODM/OEM şirkətləri tərəfindən buraxılacaq.
 
Emil Hüseynov



Baxış sayı: 672

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024