12px13px15px17px
Tarix:27/01/14

AMEA-nın 23 elmi qurumuna direktor seçkiləri keçiriləcək

AMEA Rəyasət Heyəti akademiyanın 36 elmi tədqiqat müəssisəsindən 23-nə direktor seçkiləri elan edir. AMEA-dan qeyd edilib ki, seçkilər Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə - Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Kibernetika İnstitutu, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası; Kimya Elmləri Bölməsi üzrə - Aşqarlar Kimyası İnstitutu, Polimer Materialları İnstitutu; Yer Elmləri Bölməsi üzrə - Geologiya İnstitutu, Coğrafiya İnstitutu; Biologiya və Tibb Elmləri Bölməsi üzrə - Mikrobiologiya İnstitutu, Mərkəzi Nəbatat Bağı üzrə aparılacaq.
 
Seçkilərin keçiriləcəyi digər elmi qurumlara Aqrar Elmlər Bölməsi üzrə - Genetik Ehtiyatlar İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Eroziya və Suvarma İnstitutu; Humanitar və İctimai Elmlər Bölməsi üzrə - Şərqşünaslıq İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, İqtisadiyyat İnstitutu, Ədəbiyyat İnstitutu, Dilçilik İnstitutu, Əlyazmalar İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi daxildir.
 
Namizədlərin irəli sürülməsinə dair sənədlər (2 nüsxədə) elan dərc edildiyi gündən 1 ay müddətində AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 828

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024