12px13px15px17px
Tarix:28/01/14

3 ayda “iOS 7” sisteminin “Apple” qurğularında payı 80 faizə çatıb

"iOS 7" əməliyyat sistemi istifadəyə verilməsindən ötən 3 ay ərzində "Apple" qurğularında payı 80 faizə çatıb. Bu barədə 2014-cü maliyyə ilinin birinci rübünün yekunları haqda hesabat verən "Apple"ın maliyyə direktoru Piter Oppenqeymer bildirib.

Məlumat üçün bildirək ki, "Apple" şirkəti "iOS 7" əməliyyat sistemini 18 sentyabr 2013-cü ildə istifadəçilərin ixtiyarına verib. İlk həftə ərzində sistem "Apple" qurğu sahiblərinin 51,8 faizi tərəfindən quraşdırılıb ki, bu da onu şirkətin ən sürətli yayılan sistemi edib.   

"Hazırda "iOS" qurğularının təxminən 80 faizi əməliyyat sisteminin sonuncu versiyası ilə işləyir", - deyə P. Oppenqeymer qeyd edib.

Onu da qeyd etmək lazımdır ki, "iOS"-un altıncı versiyası 83 faizlik səviyyəyə yarım ilə çatıb.
"iOS 7"-də əsas yeniliklər arasında interfeysin tam yenilənən dizaynını, "AirDrop" fayl mübadiləsi və "iTunes" musiqi servislərini, eləcə də "Control Center" funksiyasının yaradılmasını qeyd etmək olar. Bundan başqa, "Apple" "iWork" əlavələr paketini yeni sistem istifadəçiləri üçün pulsuz edib, - "Digit www.digit.ru" yazır.





Baxış sayı: 884

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024