12px13px15px17px
Tarix:29/01/14

Azərbaycanlılar İsraildə keçiriləcək “Qadın sahibkarlar və informasiya-kommunikasiya texnologiyaları” kurslarına dəvət olunurlar

2014-cü ilin aprel-may aylarında İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin inkişaf naminə beynəlxalq əməkdaşlıq agentliyi (MAŞAV) tərəfindən müxtəlif mövzular üzrə kurslar təşkil olunacaq. 29 aprel-16 may tarixlərində “Qadın sahibkarlar və informasiya-kommunikasiya texnologiyaları” mövzusunda təlim keçiriləcək.

 
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar kurslarda iştiraka dəvət olunur. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
 
AZPROMO-dan qeyd edilib ki, eyni zamanda 12-27 may tarixlərində təşkil olunacaq təlimin mövzusu “Alternativ enerji mənbələrinin regional inkişafın sürətləndirilməsində rolu”, 28 aprel-22 may tarixlərində keçiriləcək kursun mövzusu isə “Müasir kənd təsərrüfatında arıçılığın rolu”dur. Kurslar haqqında ətraflı məlumatı qeyd olunan ünvandan (İsrail, Xayfa şəhəri 31060, POB 6111, Beynəlxalq Tədris Mərkəzi) əldə edə bilərlər.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 662

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024