12px13px15px17px
Tarix:29/01/14

2013-cü ildə birbaşa qlobal investisiyaların həcmi 1,46 trilyon dollara çatıb

2013-cü ildə inkişaf etməkdə olan ölkələrdə və iqtisadiyyatı keçid dövrünü yaşayan dövlətlərdə birbaşa qlobal investisiyaların həcmi yeni rekord səviyyəyə çatıb, həmçinin sənayesi inkişaf etmiş ölkələrə investisiyalar bərpa olunmağa başlayıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) ticarət və inkişaf üzrə konfransının (UNCTAD) ekspertləri bildirib.  
 
2013-cü ildə ümumilikdə birbaşa qlobal investisiyaların həcmi ötən illə müqayisədə 11 faiz artaraq 1,46 trilyon dollar təşkil edib.


İnkişaf etməkdə olan ölkələrə yatırılan xarici investisiyaların həcmi ötən il qlobal səviyyənin 52 faizinə bərabər olub və 759 milyard dollara yüksəlib. İqtisadiyyatı keçid dövrünü yaşayan dövlətlərdə sərmayələrin həcmi 126 milyard dollar təşkil edib ki, bu da 2012-ci ildən 45 faiz çoxdur.


Regional və subregional qruplar arasında “BRICS” (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) və Asiya-Sakit okean iqtisadi əməkdaşlıq (APEC) ölkələri seçilir. Bu iki qrupun ölkələrində investisiyaların həcmi böhrana qədər olan dövrlə müqayisədə təxminən iki dəfə artıb. 


İlkin qiymətləndirmələrə görə, ötən il inkişaf etmiş ölkələrdə 38 dövlətdən ibarət qrupda birbaşa investisiyaların həcmi il ərzində cəmi 12 faiz artaraq 576 milyard dollar təşkil edib. Bu arada Avropa İttifaqının (ilk növbədə Belçika, İrlandiya, Niderland və Lüksemburq) bir sıra ölkələrində investisiyaların bərpa olunması əlamətləri müşahidə edilsə də, ABŞ-da investisiya axınının azalması qeydə alınıb. Bundan başqa, investisiya göstəriciləri Yaponiyada 61 faiz artıb, Avstraliya və Yeni Zelandiyada müvafiq olaraq 28 və 75 faiz azalıb, - "Cybersecurity www.cybersecurity.ru” yazır.






Baxış sayı: 673

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024