12px13px15px17px
Tarix:29/01/14

Vətəndaşlara 22 mindən artıq mobil imza sertifikatı verilib


Ötən ilin sonunadək vətəndaşlar tərəfindən “Asan (Mobil) İmza” sertifikat xidmətləri üzrə 11805 müraciət olub, ümumilikdə 22423 “Asan (Mobil) İmza” sertifikatı verilib.
 
Bu məlumat Vergilər Nazirliyinin 2013-cü il ərzində görülmüş məlumatlandırma və maarifləndirmə işləri haqqında hesabatında əksini tapıb.
 
Qeyd edək ki, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, eləcə də  hüquqi və fiziki şəxslərə sertifikat xidmətlərinin göstərilməsi ilə bağlı 2013-cü ilin may ayından Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) fəaliyyətə başlayıb.
 
Məlumatda həmçinin bildirilir ki, 2013-cü il ərzində göstərilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Vergi ödəyicilərinə xidmət mərkəzlərinin Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS) inteqrasiyası başa çatdırılıb, xidmət mərkəzlərinin hamısı AVİS sisteminə qoşulub və sürətli internet xətti ilə təchiz olunub.
 
CAHANGİR



Baxış sayı: 866

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024