12px13px15px17px
Tarix:29/01/14

2013-cü ildə 1 milyarddan çox smartfon satılıb


“IDC” analitik şirkətinin bu gün dərc etdiyi məlumatlara görə, ötən il tarixdə ilk dəfə dünyada satılan smartfonların sayı 1 milyard ədədi ötüb.

Şirkətin hesablamasına əsasən, 2013-cü ildə pərakəndə satış şirkətləri tərəfindən 1,04 milyard smartfon tədarük edilib ki, bu da 2012-ci illə müqayisədə 38,4 faiz çoxdur.


Bazarda liderliyi Cənubi Koreyanın “Samsung” şirkəti edir, ondan sonra ABŞ-ın “Apple” və Çinin "Huawei” şirkətləri qərarlaşıb. Ötən il mobil telefonların baza modelləri daxil olmaqla ümumilikdə 1,8 milyard qurğu satılıb. Bu isə o deməkdir ki, 2013-cü ildə satılan qurğuların yarısından çoxunu smartfonlar təşkil edir.


“Smartfonların populyarlığının artması ilə əlaqədar əsas yeniliklər arasında ekran diaqonalı böyük qurğuları və qiyməti rekord səviyyədə aşağı olan aparatları qeyd etmək olar. Bu halda əsas hərəkətverici qüvvə Çin, Hindistan və Braziliyada populyar olan məhz ucuz smartfon modellərinin yaradılması hesab olunur. Bu ölkələrdə Yer kürəsi əhalisinin təxminən yarısı məskunlaşıb” , - “IDC” nümayəndələri bildirib, - "Cybersecurity www.cybersecurity.ru” yazır. 



Baxış sayı: 774

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024