12px13px15px17px
Tarix:29/01/14

“Oracle” şirkəti hüquqlarının mübarizəsinə qalxıb

“Oracle” korporasiyasının onun məhsullarına texniki dəstək göstərən müstəqil xidmət təchizatçıları ilə hüquqi mübarizəsi davam edir.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən,  “Oracle”da bildiriblər ki, onlar öz fəaliyyətləri ilə korporasiyanın intellektual əmlak hüquqlarını pozurlar.

Ötən həftə “Oracle” korporasiyası, “Solaris” əməliyyat sistemlərinin texniki dəstək üzrə kommersiya xidmətləri göstərən “StratisCom” şirkətini məhkəməyə verib. “Oracle” şirkətinin iddiasında bildirilir ki, “StratisCom” ona məxsus olmayan intellektual əmlaka öz hüquqlarını düzgün aid etməyib və qeyri-qanuni olaraq  texniki materialları “Oracle” şirkətinin saytında yükləyib.
 

“Oracle” şirkətində bildiriblər ki, “StratisCom” şirkəti qeyri-qanuni “Solaris” və bir hissəsi “Oracle” əsasında yazılmış digər texniki alətlər üçün “patç”ların redistribusiyası ilə məşğul olub. İddiada qeyd edilib ki, “StratisCom” şirkəti “Solaris” ilə və əməliyyat sistemləri əsasında sənədlərlə iş şərtlərini də  pozub.


Aynur Vəliyeva



Baxış sayı: 599

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024