12px13px15px17px
Tarix:30/01/14

2014-cü ildə “Windows Phone” populyarlığına görə ikinci əməliyyat sistemi olacaq

“Jana Research” şirkətinin araşdırmasına əsasən, inkişaf etməkdə olan bazarlarda “Windows Phone”  (WP) əməliyyat sistemi populyarlaşır. Göstəriciləri araşdırmış tədqiqatçılar belə nəticəyə gəliblər ki, 2014-cü il “Microsoft”un mobil ƏS-i üçün əlamətdar olacaq.
 
“Jana Research” şirkətinin analitikləri hesab edirlər ki, “WP” platforması 2014-cü ildə mobil əməliyyat sistemlərinin siyahısında ikinci yerdə qərarlaşmaq üçün bütün şansa malikdir. Araşdırma sakinləri yeni mobil telefon üçün böyük məbləğ ödəməyə hazır olmayan inkişaf etməkdə olan ölkələrdə araşdırılıb, lakin “Microsoft” mobil platformasının populyarlığının artması məhz onların hesabına mümkündür.
 
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, araşdırmaya əsasən, Hindistanda rəyi soruşulmuş insanların 16%-i, Keniyada 22%-i, Cənubi Afrikada 24%-i, Braziliyada 13%-i  “Windows Phone” platforması ilə işləyən telefon satın almağı planlaşdırır.
 
Emil Hüseynov



Baxış sayı: 684

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024