12px13px15px17px
Tarix:31/01/14

2013-cü ildə planşetlərin tədarükü 50 faiz artaraq 217 milyon qurğu təşkil edib

2013-cü ilin yekunlarına görə, dünya planşetlər bazarının həcmi 217 milyon qurğu təşkil etməklə 2012-ci illə müqayisədə 50,6 faiz artıb, lakin artım tempi tədricən zəifləyib. Bu barədə “IDC” analitik şirkətinin məlumatında deyilir.   


Ötən ilin dördüncü rübündə planşetlərin tədarükü 76,9 milyon ədədə bərabər olub ki, bu da üçüncü rübün tədarük həcmindən 62,4 faiz və 2012-ci ilin analoji dövrünün göstəricisindən 28,2 faiz çoxdur. Bununla yanaşı, “IDC” analitikləri bazarın artım tempində azalmanın qeydə alınmasını bildirirlər. Belə ki, 2012-ci ilin dördüncü rübündə planşetlərin tədarükü 2011-ci ilin analoji dövrü ilə müqayisədə 87,1 faiz yüksəlib.
“İnkişaf etmiş ölkələrin bazarları artıq yüksək həddə çatsa da, inkişaf etməkdə olan ölkələrdə planşetlərə tələbat artmaqda davam edir, bu isə əvvəlki artım tempinin saxlanılması üçün yetərli deyil. İnkişaf etmiş bazarlarda artım biznes seqmentində planşetlərə tələbat sayəsində saxlanılacaq, halbuki istehlak sektoru nisbətən zəif olmaqda davam edəcək”, - “IDC”-nin planşetlər üzrə direktoru Tom Maynelli bildirib.


“Apple” şirkəti 2013-cü ilin dördüncü rübündə 26 milyon qurğu tədarük etməklə planşetlər bazarının lideri olaraq qalıb. Bu, 2012-ci ilin analoji dövrünün göstəricisindən 13,5 faiz çoxdur. “IDC”-nin məlumatına görə, bu nəticə şirkətin tarixində ən yaxşı göstərici olub, halbuki ABŞ istehsalçısının bazar payı bir il əvvəlki 38,2 faizdən 33,8 faizədək azalıb. İkinci yeri ötən ilin dördüncü rübündə tədarük həcmi iki dəfə artaraq 14,5 milyon təşkil edən “Samsung” şirkəti tutub. 2012-ci ilin analoji dövründə Koreya şirkətinin göstəricisi 7,8 milyon qurğuya bərabər olub. “Samsung”un bazar payı ümumilikdə 18,8 faiz artıb. Liderlər beşliyində həmçinin əsasən ABŞ bazarında təmsil olunan “Amazon” (dünya bazarının 7,6 faizi), “Asus” (3,9 faiz) və “Lenovo” (3,4 faiz) şirkətləri yer alıb, - “Digit www.digit.ru” yazır. 



Baxış sayı: 358

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti