12px13px15px17px
Tarix:31/01/14

“Microsoft”un yeni baş direktoru kim olacaq?

“Bloomberg” nəşri yazır ki, “Microsoft” korporasiyasında biznes bölməsinə və "bulud" xidmətlərinə cavabdeh olan Satya Nadella “Microsoft” korporasiyasının yeni baş direktoru ola bilər.
 
Şirkətdə lider dəyişikliyi onun üçün vacib anda baş verir. Belə ki, korporasiya ənənəvi proqram təminatı istehsalçısı rolundan ayrılaraq avadanlıq istehsalına və internet xidmətlər sahəsinə köklənmək niyyətindədir.
 
“ICTnews” elektron xəbər xidməti “1prime.ru” saytına istinadən bildirir ki, nəşrin mənbələrinin məlumatına görə, 46 yaşlı Satya Nadella hələ ötən ilin avqustunda gedəcəyini bəyan etmiş Stiv Balmerin yerinə ən ehtimal edilən namizəddir.
 
Beləliklə, şirkətdə 1992-ci ildən işləyən Nadella “Microsoft” un tarixində üçüncü (Bill Qeyts birinci baş direktor olub) baş direktor ola bilər.
Emil Hüseynov
 



Baxış sayı: 400

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020