12px13px15px17px
Tarix:31/01/14

YAP Gənclər Birliyi internet aksiyasına start verib

ABŞ-ın Los-Anceles Şəhər Şurası qondarma “Dağlıq Qarabağ Respublikası”nı “tanıyıb”. Bununla əlaqədar olaraq YAP Gənclər Birliyi internet vasitəsilə etiraz aksiyasına start verib.
 
“ICTnews” xəbər xidməti bildirir ki, gənclər bununla bağlı məlumat yayıb. Məlumatda qeyd edilir ki, Los-Anceles Şəhər Şurasının üzvü olan erməni əsilli Paul Qreqorianın səyi nəticəsində verilən bu qərar dərin təəssüf hissi doğurur. Bu addım ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyəti, dünyaya bəyan etdiyi demokratiya, insan haqları kimi çağırışları ilə tam ziddiyyət təşkil edir. “Bu səbəbdən YAP Gənclər Birliyi internet aksiyasına start verib.
 
Həmin qərara etiraz olaraq Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Los-Anceles Şəhər Şurasının 15 üzvünün hər birinin e-mail ünvanına Qarabağ həqiqətlərindən, erməni cinayətlərindən bəhs edən yüzlərlə linklər, mətnlər və şəkillər göndərib. Bu gün başlanan bu e-mail aksiyada beş yüzdən artıq YAP Gənclər Birliyinin üzvləri iştirak edib. Aksiya çərçivəsində elektron ünvanlara göndərilən etiraz məktublarında Ermənistanın işğalçılıq siyasəti, Xocalıda və digər yerlərdə dinc azərbaycanlılara qarşı törədilən vəhşiliklər haqda geniş məlumatlar verilir. Keçirdiyimiz internet aksiyası bir neçə gün davam edəcək”.
 
 
Xatırladaq ki, YAP Gənclər Birliyi müntəzəm olaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar internet aksiyaları keçirir.
 
SEYMUR



Baxış sayı: 1032

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024