12px13px15px17px
Tarix:31/01/14

Sevinc Fətəliyeva: “Azərbaycanda internet azaddır”

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında "İnternet və siyasət: yeni informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri" adlı hesabatın müzakirəsi keçirilib.
 
 “ICTnews.az” bildirir ki, müzakirə zamanı Azərbaycanda internetin azad olduğu və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmadığı diqqətə çatdırılıb. Belə ki, mövzu ətrafında çıxış edən ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva rəsmi Bakının həyata keçirdiyi layihələrdən danışıb.
 
 O, həmçinin bildirib ki, qlobal şəbəkə dövlət orqanları və vətəndaşlar arasında real vaxtda sabit ictimai-siyasi fikir mübadiləsini təmin edir. “Elektron hökumət”in yaradılması, insanlar və hökumət arasında daha güclü, daha şəffaf və daha asan əlaqələrin qurulmasında internet böyük bir töhfədir: “İnternet vasitəsilə gənclər siyasi liderlər, siyasi partiya və bloklar, onların platforması haqqında məlumat əldə edir və bu onların əsas informasiya mənbələrindən birinə çevrilir. Bununla yanaşı, gənclərin dünyagörüşünə bəzi internet resurslarının mənfi təsiri də müşahidə olunur”.
 
 
Millət vəkili çıxışında Azərbaycanda internetin azad olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, müasir dünyada internet demokratiyanın, söz və ifadə azadlığının göstəricisidir: “Azərbaycanda internet azaddır. Ölkəmizdə internet azadlığı bizim əsas nailiyyətlərimizdən biridir. Bu gün əhalinin təxminən 65 faizi internet istifadəçisidir. İstər bloqqerlər, istər media nümayəndələri internet vasitəsilə də öz fikirlərini azad ifadə edirlər, hər hansı daxili və ya xarici informasiya resurslarının istifadəsinə məhdudiyyət qoyulmur. Hər bir ölkədə olduğu kimi sosial şəbəkə həyatımızın ayrılmaz hissəsinə çevrilib”.
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 686

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024