12px13px15px17px
Tarix:31/01/14

Elektron kitabxanaların sayı artırılıb

Ötən il ərzində Naxçıvan Muxtar Respublikasında kitabxana işinin müasir standartlar səviyyəsində qurulması və elektron kitabxanaların yaradılması sahəsində də işlər davam etdirilib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Naxçıvan Dövlət Statistika Komitəsinin 2013-cü ildə muxtar respublikanın sosial-iqtisadi inkişafına dair hesabatında deyilir.
 
Məlumat verilir ki, Naxçıvan Muxtar Respublika Kitabxanasında, Naxçıvan Muxtar Respublikası Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzində, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində və Naxçıvan Dövlət Universitetində elektron kitabxanalar, eləcə də Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxana xidməti yaradılıb.
 
Bununla yanaşı, hesabatda qeyd olunur ki, 2013-cu ildə muxtar respublikada kütləvi informasiya vasitələrinin işinin yaxşılaşdırılması istiqamətində Naxçıvan Dövlət Televiziyası və Radiosunun texniki imkanları daha da artırılıb, yeni efir və cəkiliş avadanlıqları alınıb, virtual studiya yaradılıb.
 
 
CAHANGİR



Baxış sayı: 623

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024