12px13px15px17px
Tarix:01/02/14

Naxçıvan MR-də quraşdırılan POS-terminalların sayı 248-ə çatıb

Naxçıvan Muxtar Respublikasında pul əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması üçün 2013-cu ildə 152 POS-terminal quraşdırılıb.
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu  məlumat Naxçıvan Dövlət Statistika Komitəsinin 2013-cü ildə muxtar respublikanın sosial-iqtisadi inkişafına dair statistik məlumatında yer alıb.
 
Məlumatda deyilir ki, bu göstərici 1 yanvar 2014-cu il tarixə 248-ə çatdırılıb.
Qeyd edək ki, POS-terminallardan geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına, nəticədə isə iqtisadiyyatın inkişafına müsbət təsir edir.
 
CAHANGİR



Baxış sayı: 740

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024