12px13px15px17px
Tarix:03/02/14

Məktəblinin cibində “iPhone” yandı

“The Daily Mail” nəşri yazır ki, ABŞ-da 14 yaşlı məktəbli qızın cibində yaşıl rəngli “iPhone 5c” smartfonu yanıb.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, hadisə ABŞ-ın Men ştatında yerləşən məktəblərindən birində baş verib.

Nəşrin məlumatına görə, qız stula əyləşib və onun şalvarının arxa cibində “iPhone 5c” smartfonu olub. Bir neçə saniyədən sonra partlayış səsi eşidilib və qızın şalvarı yanıb.

Sinif yoldaşları qıza şalvarını çıxartmağa kömək ediblər, lakin o, ikinci dərəcəli yanıq xəsarəti alıb.
Ehtimal edilir ki, yanğın smartfonun litium akkumulyatorunda qısa qapanma nəticəsində baş verib.

Emil Hüseynov



Baxış sayı: 891

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024