12px13px15px17px
Tarix:03/02/14

Yığcam və güclü planşet hazırlanır

“Huawei” şirkəti “MediaPad X1” adlı yeni planşet hazırlayır. Yığcam, lakin güclü texniki xarakteristikaya malik qurğu “iPad mini”nin xüsusi alternativi olmalıdır.
 
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Huawei MediaPad X1” planşeti 1,6 QHs takt tezlikli 7 düymlük Full HD ekran və dördnüvəli prosessor, 2 QB əməli yaddaş, 8 və ya 16 QB daxili yaddaşla təchiz ediləcək. Arxa və ön kameranın təsvir ölçüsü müvafiq olaraq 5 və 1,3 meqapiksel təşkil edir.
 
“Android” mobil əməliyyat sisteminin 4.2.2 versiyası ilə işləyəcək planşet “Wi-Fi”, “Bluetooth” və “GPS” modullar dəsti, həmçinin daxili “3G” və ya LTE modemlə təchiz ediləcək. Bu halda onun qalınlığı 7,5 millimetr, çəkisi isə 239 qram təşkil edir. “Huawei MediaPad X1” planşetinin “MWC 2014” sərgisində təqdim ediləcəyi gözlənilir.
 
Emil Hüseynov



Baxış sayı: 708

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024