12px13px15px17px
Tarix:03/02/14

Peşə liseyləri üzrə 4411 buraxılış sinif şagirdi haqda məlumat “Şagird-məzun” sisteminə daxil edilib

Peşə liseyləri üzrə 4411 buraxılış sinif şagirdi haqqında məlumat "Şagird-məzun" sisteminə daxil edilərək təsdiq edilib. Bu da başa çatmış mərhələyə aid işlərin 100 faizini təşkil edir.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib ki, peşə liseyləri əlaqələndiriciləri tərəfindən şagirdlərin fərdi və təhsilə aid məlumatlarının, o cümlədən, buraxılış sinif şagirdlərinin əvvəlki tədris ilinin illik qiymətlərinin "Şagird-məzun" sisteminə əlavə edilərək təsdiq edilməsi mərhələsi artıq başa çatıb.
 
Sözügedən mərhələ "2013/2014-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı" üzrə 01.12.2013 - 31.01.2014 aralığında yerinə yetirilib.
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 837

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024