12px13px15px17px
Tarix:04/02/14

“Windows 8.1” əməliyyat sisteminin bazar payı 3,95%-dək azalıb

"Microsoft" korporasiyasının yeni "Windows 8.1" əməliyyat sistemi (ƏS) yavaş-yavaş populyarlaşır. "Net Applications" şirkətinin məlumatlarına əsasən, 2014-cü ilin yanvarında onun bazar payı 3,95% olub. Ötən ay bu göstərici 3,60% təşkil edib. Beləliklə, yeni ƏS populyarlığa görə "Windows Vista" sistemini ötüb.
 
"ICTnews" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, əməliyyat sistemləri "Windows 7" ən populyar olaraq qalır: 2014-cü ilin yanvarında onun bazar payı 47,49% olub. Bir ayda bu sistemin payı 0,03% azalıb. Artıq köhnə "Windows XP" platforması 29,23% göstərici ilə ƏS arasında populyarlığına görə ikinci yerdə qərarlaşıb. Qəribə səslənsə də, ötən ayla müqayisədə onun bazar payı 0,25% artıb. Eyni zamanda "Windows 8" sisteminin bazar payı 6,89-dan 6,63%-dək azalıb.
 
Xatırladaq ki, "Windows 8" istifadəçiləri üçün "Windows 8.1" versiyasına keçid ödənişsizdir. "Windows" əməliyyat sisteminin köhnə versiyaları hələ də 0,10% kompüterdə quraşdırılıb. Ümumilikdə bir ayda "Windows" ailəsinə məxsus əməliyyat sistemləri bazarının payı 90,73-dən 90,72%-dək azalıb.
 
Emil Hüseynov



Baxış sayı: 858

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024