12px13px15px17px
Tarix:04/02/14

“Apple” məhsul və xidmətlərinə nəzarəti artırır

Bu gün “Frost&Sullivan” biznes-konsalteri “Apple” şirkətinin ən yaxın zamanda şəbəkə infrastrukturuna vəsait xərcləməyə başlayacağını, istifadəçiləri və onların kontentinə nəzarət etməyə daha böyük imkanlar əldə edəcəyi haqda məlumat yayıb.  
 
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Apple” şirkəti kontentin çatdırılması üzrə şəxsi şəbəkəsini yaratmağa başlayıb. Bu şəbəkə vasitəsi ilə “iTunes”, “App Store” və “iCloud” kimi digər layihələrin kontentinin istifadəçiyə çatdırılmasını şirkət özü həyata keçirəcək.
 
Hazırda “Apple” bu məlumatları rəsmi şərh etmir, lakin “Frost&Sullivan” analitiki Den Reybern əmindir ki, “Apple” artıq şəbəkənin yaradılması ilə məşğuldur. Son zamanlar “iPhone” istehsalçısı çox sayda şəbəkə mühəndisi və kommunikasiyalar üzrə mütəxəssislər işə götürüb, həmçinin şirkət əməliyyat və daxili ehtiyaclar üçün nəzərdə tutulmuş xərcləri artırıb.
 

Bu gün “Apple” kontentin çatdırılmasında “Akamai Technologies” və “Level 3 Communications” şirkətlərinin gücünə arxalanır. Bu şirkətlər “Apple”ın kontentini bütün dünya üzrə yerləşdirilmiş serverlərdə şirkətin hostinqi üzərindən  son istifadəçilərə çatdırır. Lakin Milli Təhlükəsizlik Agentliyi ilə baş vermiş qalmaqallar, həmçinin “Apple” şirkətinin “iCloud” üzərində daha böyük nəzarət əldə etmək istəyi fonunda, şirkətin kontentin çatdırılmasını öz nəzarəti altına almaq istəyi məntiqli görünür.
 

“Hazırda “Apple” öz xidmətlərinin və məlumatlarının işini bütün aspektlərdə nəzarətdə saxlayır. “Apple” “son mil”ə sahib olmadığı üçün qeyd edilən istiqamətlərə tam nəzarəti təmin edə bilmir. Buna baxmayaraq, şirkət öz CDN-şəbəkəsini yaratdıqdan sonra xərclərinin azalmasını təmin edə bilər, kəşfiyyatla bağlı qalmaqallardan qoruya bilərlər və öz qurğularının istifadəçiləri üzərində nəzarəti sərtləşdirə bilərlər”, - deyə Reynbern qeyd edib.
Aynur Vəliyeva



Baxış sayı: 647

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024