12px13px15px17px
Tarix:04/02/14

"Facebook" xəbərlərin oxunması üçün tətbiq çıxarıb

"Facebook" sosial şəbəkəsi fevralın 3-də "Paper" tətbiqini təqdim edib. O, "Facebook" sosial şəbəkəsində dərc edilmiş xəbər və başqa yazıların oxunması üçün nəzərdə tutulub. Sözügedən tətbiq hələ ki yalnız ABŞ istifadəçilərinə əlçatandır.

"Paper" tətbiqi dostlar, ictimai şəxslər, şirkətlər və kütləvi informasiya vasitələri tərəfindən tərtib edilmiş xəbəri oxumağa icazə verir. Xəbərlər tematik kateqoriyalar üzrə çeşidlənir.

Bu və ya digər xəbəri oxumaq üçün onu tərtib edən şəxsin səhifəsinə abunə yazılmaq vacib deyil. Proqram maraqlı xəbərləri özü aşkar edərək onları kateqoriyalar üzrə çeşidləyir.

"Paper" üçün xəbərlərin axtarışı və seçilməsi qismən avtomatik (layklar və başqa məlumatlar əsasında), qismən "Facebook"un redaktorlar  komandası tərəfindən seçilir.

 
Proqramın başqa xüsusiyyəti "Facebook"un adi mobil tətbiqləri ilə müqayisədə qeyri-standart interfeysidir. Tətbiqdə ənənəvi düymə və menyu yoxdur, xəbərlər plitka şəklində göstərilir.

Proqram rəsmən xəbər oxumaq üçün tanıdılsa da, o," Facebook"un mobil tətbiqləri kimi mesajlar yazmağa, xəbərdarlıqlara baxmağa və axtarış etməyə icazə verir.

Hələ ki "Paper" yalnız "iOS 7" əsasında işləyən "iPhone" və "iPod touch" qurğularında əlçatandır. "Facebook" proqramın "iPad" planşetləri və "Android" platforması ilə işləyən qurğular üçün versiyasının çıxarılacağı ilə bağlı heç bir açıqlama verməyib.

Emil Hüseynov



Baxış sayı: 776

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024