12px13px15px17px
Tarix:05/02/14

“Microsoft”a yeni baş direktor təyin edildi

Hindistanlı Satya Nadella “Microsoft” şirkətinin yeni baş direktoru olub. Bu haqda şirkətin press-relizində deyilir. 46 yaşlı Nadella “Microsoft”un veteranlarından biridir: o, şirkətdə 22 ildir işləyir.

Eyni zamanda proqram nəhənginin yaradıcısı Bill Qeyts Direktorlar şurasının sədri vəzifəsini tərk edib. O, şirkətdə yeni baş direktorun texniki məsləhətçisi kimi işləyəcək. Qeytsi Con Tompson əvəzləyəcək.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Satya Nadella 1967-ci ildə Hindistanın Heydərabad şəhərində doğulub. O, Manqalor şəhərində yerləşən universiteti bitirib və elektrik mühəndisi ixtisasına sahiblənib. Bundan sonra o, Viskonsin-Miluoki Universitetində magistr dərəcəsinə yiyələnib.

Nadellanın sözlərinə görə, “Microsoft” kimi şirkət ənənələri deyil, innovasiyaları qiymətləndirir. O deyib ki, korporasiya böyük perspektivlərə malikdir, lakin onlara nail olmaq üçün daha sürətli olmalı və dəyişmək lazımdır.

Emil Hüseynov



Baxış sayı: 932

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024