12px13px15px17px
Tarix:05/02/14

ABŞ top-menecerləri səhmlərdən 81 milyard dollar qazanıb

ABŞ-ın idarə etdikləri müəssisələrin səhmlərinə sahib olan iyirmi top-meneceri 2013-cü ilin yekunları üzrə 80,9 milyard dollar qazanıb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat verib.

Qəzet iş adamlarının rəhbəri olduqları şirkətlərin səhmlərinin qiymət artımından nə qədər qazanc əldə etdiklərini hesablayıb. Tədqiqat üçün “S&P 500” indeksi şirkətlərinin maksimal sayda səhmlərinə malik top-menecerləri seçilib.

Müəyyən edilib ki, 2013-cü ilin yekunları üzrə hamıdan çox “Berkshire Hathaway” investisiya holdinqinin rəhbəri Uorren Baffet qazanıb. Ona məxsus səhmlərin dəyəri 12,9 milyard dollar artıb. İkinci yerdə “Amazon” internet mağazasının təsisçisi Ceff Bezos qərarlaşıb. İl ərzində şirkətin səhmləri 12 milyard dollar bahalaşıb. Üçüncü yeri “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq tutub. Sosial şəbəkədə onun payı 11,9 milyard dollar artıb.

Onluğa həmçinin “Google” şirkətinin yaradıcıları Larri Peyc və Sergey Brin, “Microsoft” korporasiyasının keçmiş rəhbərləri Stiv Balmer və Bill Qeyts, eləcə də “Oracle” şirkətinin rəhbəri Larri Ellison daxildir. Qəzet kimin axırıncı yeri tutması barədə məlumat verməyib.

2013-cü ilin yekunları üzrə “Facebook”un səhmlərinin dəyəri 105 faiz, “Amazon”un 59 faiz, "Berkshire Hathaway”in 32 faiz artıb. “S&P 500” indeksi 30 faiz yüksəlib, - "Lenta www.lenta.ru” yazır.  




Baxış sayı: 334

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.