12px13px15px17px
Tarix:05/02/14

Müəllif Hüquqları Agentliyi əsərlərin elektron qeydiyyatından imtina hallarını müəyyənləşdirib

Müəllif (hüquq sahibi) Müəllif Hüquqları Agentliyinin “Elektron qeydiyyat” xidmətindən istifadə edərək həm əsərini qeydiyyatdan keçirə bilər, həm də əsərin qeydiyyatı ilə bağlı onu maraqlandıran suallara cavab ala bilər.
 
Agentlikdən verilən məlumata görə, lakin əsərin qeydiyyatı üçün göndərilən sənədlərdə çatışmazlıqlar  aşkar edilərsə, 5 iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə müəllifin elektron poçtuna bildiriş göndərilir. Bu çatışmazlıqlara ərizə formasının düzgün doldurulmaması, əsərin elektron variantının göndərilməməsi, yaxud sənədlərin düzgün tərtib edilməməsi halları daxildir.
 
Göstərilən müddətdə müəllif tərəfindən çatışmazlıqlar aradan qaldırılmadıqda əsərin qeydiyyatından imtina edilir. Müəllif əsərin qeydiyyatı ilə bağlı aşkar olunan nöqsanları aradan qaldırdıqdan sonra yenidən elektron xidmətə müraciət edə bilər.
 
CAHANGİR



Baxış sayı: 667

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024