12px13px15px17px
Tarix:06/02/14

Bu il keçiriləcək beynəlxalq elmi və elmi-texniki tədbirlərin planı təsdiqləndi

AMEA Rəyasət Heyətinin iclasında 2014-cü ildə keçiriləcək beynəlxalq elmi və elmi-texniki tədbirlərin planı təsdiq olunub.

Akademiyadan verilən məlumata görə, tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev bu tədbirlərin keçirilməsinin aparılan elmi tədqiqatların əlaqələndirilməsi, qarşılıqlı fikir mübadiləsi və əməkdaşlığın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
 
Planda nəzərdə tutulan tədbirlərin təşkilinə məsul olan elmi müəssisələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 604

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024