12px13px15px17px
Tarix:06/02/14

Fotoportretlər əsasında insan sifətinin tanınması üçün bu il yeni metodlar tədqiq olunacaq

Bu il fotoportretlər əsasında insan sifətinin tanınması üçün metod və alqoritmlərin işlənməsi mövzusu üzrə insan sifətinin irqi mənsubiyyətinin həndəsi əlamətlərə əsasən tanınma metodları tədqiq olunacaq.
 
 
 Eyni zamanda səmərəli qərarların qəbul olunması üçün vahid biometrik şəbəkədən istifadə etməklə tanınma keyfiyyətinin artırılması mümkündür. AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) bildirilib ki, bu barədə Elmi şuranın iclasında fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov məlumat verib. Rəhbərlik etdiyi şöbənin fəaliyyət planını təqdim edən dosent elmi tədqiqat, elmi innovasiya, elmi-pedaqoji fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin çapı, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə bağlı görüləcək işlər haqqında məlumat verib.
 
 
Məruzəçi proqram mühəndisliyi üzrə informasiya-idarəetmə sistemlərində proqram təminatının etibarlığının artırılması problemlərinin təhlili məsələsinə də toxunub: “Proqram mühəndisliyi kompüter elminin çox böyük və mürəkkəb bir sahəsidir. Mürəkkəb sistemlərin işi sistemin yaradılması ideyasından başlayır, layihələndirmə, proqramlaşdırma, tətbiq və sistemin müşayiət edilməsi ilə başa çatır. Sistemin arxitekturasının düzgün seçilməsi məhsuldarlıq, təhlükəsizlik, etibarlıq və s. kimi xarakteristikalara təsir edir. Proqram təminatının etibarlığının artırılması bəzi idarəetmə sistemlərində vacib şərtlərdən biridir”.
 
 
Alim elmi innovasiya işləri çərçivəsində görüləcək işlərdən də danışıb. AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatı üçün “Kadrlar” informasiya-analitik sisteminin hazırlanması və tətbiqinin nəzərdə tutulduğunu qeyd edib.  
 
 
Aparılan elmi tədqiqat və innovasiya işlərinin КİV-də təbliği və bu istiqamətdə məqalələrin nəşri, şöbədaxili seminarların keçirilməsi, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, həmçinin İKT üzrə gənc kadrların işə cəlb edilməsi ilə bağlı mühüm tədbirlərin həyata keçiriləcəyini də diqqətə çatdırıb.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 774

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024