12px13px15px17px
Tarix:07/02/14

“YouTube” saxta baxış sayları ilə mübarizəyə başlayıb

“YouTube” portalının aylıq unikal istifadəçi sayı 1 milyardı ötür. Rəsmi statistikaya görə, bu istifadəçilər 6 milyard saatlıq video izləyirlər, lakin  onların hamısı insan deyil. Bununla əlaqədar “Google” adı çəkilən saytda yeni filtrasiya sistemini işə salmağa qərar verib: saxta baxış sayı ilə mübarizədə kömək etməlidir.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, videohostinqin proqramçısı Filipp Pfayfenberqer deyib ki, bu gündən etibarən “YouTube” portalında sayğaclar yoxlanılacaq və saxta baxış sayını siləcək.
 
Saxta baxış sayı ilə mübarizə elan verənlər üçün “YouTube” portalını daha cazibədar etmək istəyi ilə izah olunur. Belə ki, elan verənlər əmin olmalıdırlar ki, videonu robotlar deyil, canlı insanlar izləyir. Belə görünür ki, “YouTube”ın yeni rəhbəri Süzan Voyjitski bu məsələləri yoluna qoymalı olacaq.
 
Emil Hüseynov



Baxış sayı: 706

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024