12px13px15px17px
Tarix:07/02/14

“LinkedIn” şirkətinin gəliri artıb


“LinkedIn” peşəkar sosial şəbəkəsi dördüncü rübün yekununa görə müsbət nəticə əldə etdiyini deyib, lakin investorları cari rüb üçün zəif proqnozla məyus edib ki, bu da şirkətin səhmlərinin qiymətini 8% azaldıb.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, sosial şəbəkə nümayəndələri deyib ki, hesabat dövründə onun rüblük gəliri 47% artaraq 447,2 milyon dollar olub. Ötən il bu göstərici 303.6 milyon dollar olub.

“LinkedIn” sosial şəbəkəsinin hesabatına əsasən, son rübdə onun istifadəçilərinin sayı 7% artaraq 277 milyon təşkil edib. Həmçinin bildirilib ki, trafikin təxminən 40%-i mobil trafikdir.

Hesabat rübündə şirkətin xalis gəliri 3,8 milyon dollar və ya 1 səhm üçün 3 sent təşkil edib. Şirkətin əməliyyat gəliri 1 səhm üçün 39 sent olub.

Emil Hüseynov
 



Baxış sayı: 698

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024