12px13px15px17px
Tarix:07/02/14

“CERN” nəhəng hissəcik sürətləndiricisi inşa edəcək

Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) alimləri yeni nəhəng dairəvi kollayderin inşasının mümkünlüyünü nəzərdən keçirirlər. "Gələcək dairəvi kollayder" (FCC - Future circular collider) adlanan yeni layihə 2014-cü ilədək 80-100 km uzunluğunda dairəvi sürətləndiricinin tikintisini nəzərdə tutur.   
Layihə fevralın 12-15-də Cenevrədə keçiriləcək beynəlxalq konfransda müzakirə ediləcək. Məhz burada çoxmilyardlı investisiya tələb edəcək layihənin bütün nüanslarının qiymətləndirilməsi üzrə beşillik elmi proqrama start veriləcək.   

Gələcək sürətləndiricinin gücü 100 teraelektronvolt (TeV) təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, hazırda "CERN" tərəfindən istifadə edilən Böyük Adron Kollayderinin (BAK) maksimal gücü 14 TeV-ə bərabərdir və o, bu göstəriciyə 2015-ci ildən etibarən nail olmağa başlayacaq. Yer səthinin 150 metr dərinliyində yerləşən kollayderin uzunluğu 27 km təşkil edir ki, bu da hazırda layihələşdirilən sürətləndiricinin uzunluğundan bir neçə dəfə azdır.

"CERN" bildirir ki, "Gələcək dairəvi kollayder" bizim elementar zərrəciklər fizikası sahəsində biliklərimizi artırmağa imkan verəcək. Eyni zamanda mərkəz mövcud kollayderi əvəz edəcək nəhəng qurğunun inşasına nə qədər vəsaitini sərf ediləcəyi barədə məlumat vermir. Məlumat üçün bildirək ki, tikintisi 7 il ərzində aparılan BAK-a 10 milyard dollar xərclənib.

Vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderi – yüksəkenerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, yığılması və toqquşması (collide ingilis dilində toqquşma deməkdir) üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur.     

Qurğu İsveçrə və Fransa sərhədində (Cenevrə şəhəri) Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) rəhbərliyi ilə tikilib, - "İTAR-TASS www.itar-tass.com" yazır.    
 



Baxış sayı: 678

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024