12px13px15px17px
Tarix:07/02/14

Azərbaycanda 18 minə yaxın elektron imza sertifikatı verilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza vəsiqələri barədə fevralın 1-i tarixinə olan statistik məlumatı açıqlayıb.

“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, məlumatda göstərilir ki, ölkə üzrə  əldə olunan elektron imza sertifikatlarının 17981 ədəd təşkil edib: “Artıq dövlət qurumlarına 12402 elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 723-ə çatıb. Vətəndaşlar isə 4856 sertifikat əldə ediblər”.

Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.

CAHANGİR



Baxış sayı: 883

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024