12px13px15px17px
Tarix:16/08/11

Mark Sukerberq “Facebook” ilə bağlı mübahisədə sübutları təqdim edib

Facebook” şirkətinin vəkilləri məhkəməyə sahibkar Pol Seqliyanın sosial şəbəkəyə ortaq olmaq üçün saxta sənəd düzəltdiyi ilə bağlı sübutları təqdim ediblər. “Wired” nəşri bildirib ki, Mark Sukerberqin vəkilləri müqavilənin əslini tapa biliblər. Həmin müqavilədə “Facebook” haqqında, ümumiyyətlə, heç nə yoxdur. Beləliklə, Pol Seqliyanın iddiaları əsassızdır.
Məlumat üçün qeyd edək ki, Pol Seqliya iddia edirdi ki, o, 2003-cü ildə, “Facebook” şəbəkəsinin açılışından 1 il əvvəl, Mark Sukerberq ilə müqavilə bağlayıb. Həmin müqaviləyə əsasən, şirkətin yarısı ona aiddir. Bununla belə, bu müqavilənin mövcudluğu haqqında iddia edən Pol Seqliya müqaviləni heç vaxt və heç kəsə göstərməyib. Mark Sukerberq bundan əvvəl jurnalistlərə bildirib ki, o, 2003-cü ildə, hələ dünyada ən böyük sosial şəbəkənin sahibi olmadığı vaxtlarda, Pol Seqliyanın yanında proqramçı kimi işləyirdi, onun üçün “Streetfax.com” saytının kodunu hazırlayırdı. Saytı eyni adlı şirkət sifariş etmişdi və indiyə qədər sayt fəaliyyətə başlamayıb. Mark Sukerberq bildirib ki, onun işi həmin vaxtlarda “Facebook” ilə bağlı olmayıb.
Pol Seqliya isə bildirir ki, o, cənab Sukerberqə yeni «the face book» sayt layihəsinin hazırlanması üçün 1000 dolları o şərtlə ödəyib ki, istənilən halda biznesin 50 faiz payını alacaq.
“Reuters”in məlumatına görə, əgər məhkəmə təqdim olunmuş sübutlardan sonra işi davam etməyi lazımlı hesab edəcəksə, “Facebook” nümayəndələri iddianın bağlanması haqqında rəsmi sorğu verəcəklər.



Baxış sayı: 1145

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024